TR
Video yükle

"Ağ libaslı" mələklər

7 izlenme Son haberler
Tarixən həkim peşəsini insanlar müqədəs bir məslək kimi qəbul ediblər. Onlar da nadir peşə sahiblərindəndirlər ki, əsgərlər kimi and içirlər və sağlamlıq cəbhəsində yorulmadan savaşırlar. Bununla belə müasir dünyada həkimə münasibət birmınalı olmayıb. Lakin savadı, qabiliyyəti olan, insan bədəninin dilini bilən, ruhunu duyan həkimlər bütün dövrlərdə şərəfli və şöhrətli olublar. Bir növ cəmiyyətin xidmətçilərinə çevrilə biliblər. Bəzən şəxsi həyatlarını, gündəlik məişət qayğılarını, ailələrini, doğmalarını belə arxa plana salaraq peşələrini daha vacib tutublar. Bunun ən bariz nümunəsi isə son dönəm ümumbəşəri problem olan pandemiya ilə mübarizədi. Pandemiya dönəmində həkimlərimiz vicdan və şərəflə əhalinin sağlamlığına xidmət edirlər. Belə həkimlərimiz arasında Sumqayıt şəhər 1 saylı xəstəxananın həkimləri Səidə Salmanlı, Ülviyyə Salmanova,Aytən Abdullayeva, Nigar İsayeva, Mətanət Qafarova və digərləri kimi vicdanlı sağlamlıq keşikçiləri də var. Onlar haqsız iradların təzyiqi altında da insanlara gərgin iş rejimində, qoruyucu tibbi geyimdə günlərlə xidmət edirlər. Yorğunluq, bitkinlik hissi onların mübarizə əzmini qıra bilmir. Bəzən bu şərəfli peşə daşıyıcıları arasında özlərinin də mübarizə apardıqları virusun qurbanı olanlar olur. Ancaq onlar yenə yorulmur və tükənmirlər. Belə ağır gündə xalqın xilas mənbəyi olmaları məsuliyyəti həkimlərimizin gücünə güc qatır. Bu gün onların peşə bayramıdır. Cəmiyyət olaraq ən böyük arzumuz gələn il bu vaxtı onları virus bəlası ilə mübarizədən sağlam və alnıaçıq çıxmaları münasibəti ilə təbrik etməkdir. bununla belə, bu gün var olduqlarına və var olmağımıza səbəb olduqlarına görə minnətdarlıqımızı bildiririk. Eyni zamanda, Səidə xanımın və Ülviyyə xanımın timsalında bütün həkimlırimizi təbrik edirik.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.