TR
Video yükle

7 sakində narkotik aşkarlandı

10 izlenme Son haberler
Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Fərid Torçuyev, Aqil Hüseynov, Xəlil Tağıyev, Orxan Cəfərov, Elmir Quliyev, Tural Xəlilov və Anar Həsənov saxlanılıb.Saxlanılan 7 nəfərin üzərinə baxış keçirilən zaman həmin şəxslərdən qanunsuz olaraq əldə edib saxladıqları “metamfetamin” və “heroin” narkotik vasitələri aşkar olunaraq götürülüb.

Bundan başqa inzibati qaydada həbs olunan Ruslan Hüseynovun Müvəqqəti Saxlama yerində üzərinə baxış keçirilən zaman ayrı-ayrı bükülülərdə “marixuana”, “heroin” “metamfetamin” və şprislər aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib. Faktlarla bağlı zəruri istintqa-əməliyyat tədbirləri davam etdirilir.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.