TR
Video yükle

2 iyula olan hava ilə bağlı rəsmi xəbərdarlıq!

195 izlenme Son haberler
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 2-3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.