TR
Video yükle

110 km/saatlıq yolda ölüm avtomobili

110 izlenme Son haberler
Təsəvvür edin ki, 110 km/saat sürət həddi olan birtərəfli yolda avtomobil idarə edirsiniz. Bu zaman isə qəfil sizinlə üzbəüz avtomobil gəldiyini görürsünüz. Təsəvvür edilməsi belə insanı vahiməyə salan bu görüntülər real olaraq baş verib. İzləyicimizin PATRUL.AZ qaynar xəttinə göndərdiyi videogörüntü 29 iyul, 09:50 radələrində Masallı rayonu ərazisindən keçən hissədə qeydə alınıb. İcazə verilən maksimum sürət həddi 110km/saat olan yolda qəfil görüb ki, #44CD038 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onunla üzbəüz yolun əksinə gəlir. Yenə yolun ən sağ kənarı ilə gəlsə dərd yarıdır. Bu sürücü birbaşa ən sol zolaqla hərəkət edib. İnanırıq ki, səlahiyyətli orqanlar bu ölüm saçan sürücü barədə qanunamüvafiq tədbirlər görəcək.

Kənan Dalğa
Elcan Teymurlu
Gülnar Ələmdarqızı

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.