TR
Video yükle

Röya "Maşın şou" - DAVA

3 624 izlenme İlginç
“Maşın şou” layihəsinin yenidən başlayıb-başlamayacağı haqda son günlər sosial şəbəkələrdə geniş müzakirələr aparılır. Müzakirələrin getdiyi ərəfədə şounun arxiv kadrları da tez-tez paylaşılır.

Bu dəfə Xalq artisti Röya Ayxanın iştirak etdiyi “Maşın şou”dan görüntülər paylaşılıb.

Görüntülərdə R.Ayxan müğənni Ayaz Qasımovla mübahisə edir və hisslərini cilovlaya bilməyib qışqıra-qışqıra danışır.

Videoda Röyanın nə dediyini tam ayırd etmək çətindir.

Röya Ayaz Qasımova təxminən bu sözləri deyir: “Mən səninlə rəqabət etmirəm, sənin nəyinlə rəqabət edim, buna ehtiyacım yoxdur, sən bunu başa düşmürsən?! Sən mənim rəqibim deyilsən!”

Röya bu sözləri qışqıra-qışqıra, az qala ağlayaraq söyləyir.

Görüntülər qısa zaman ərzində müxtəlif platformalarda yayılaraq müzakirələrə səbəb olub.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.