TR
Video yükle

Avtobusda şok görüntü

172 izlenme İlginç
Moskvada avtobus sürücüsü fasilə zamanı dincəlmək üçün salona yellənçək quraşdırıb.




Oxu24.com xəbər verir ki, bu barədə “Podem” məlumat yayıb.



Nəşrin məlumatına görə, hadisə şahidləri sürücünün avtobusun içərisində quraşdırılmış yellənçəkdə istirahətini lentə alıblar.

Həmin vaxt nəqliyyat vasitəsi səfərlərarası dayanma zamanı son dayanacaqda olub. İçəridə sərnişin olmayıb.

“Təbii ki, avtobuslarda hamak və ya digər əşyaların yerləşdirilməsi üçün tutacaqlar nəzərdə tutulmayıb. “Transavtoliz” MMC kommersiya daşıyıcısının avtobus sürücüsü ilə bu cür davranışın yolverilməzliyi ilə bağlı profilaktik söhbət aparılıb”, - “Moskva Nəqliyyat Təşkilatçısı”nın mətbuat xidmətindən bildirilib.

İdarədən onu da qeyd ediblər ki, son dayanacaqlarda sürücülər üçün istirahət otaqları lazım olan hər şeylə təchiz olunub.



Müəllif:Afət

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.