TR
Video yükle

30 ildir ki, təkcə dağda yaşıyır

100 izlenme İlginç
İnce.Az "Hürriyet"ə istinadla xəbər verir ki, Əhməd adlı yaşlı kişi 30 ildir ki, texnologiyadan uzaqda meşədə yaşayır.

Əhməd baba 1943-cü ildə Büyükorhan rayonunun Düğüncülər kəndində anadan olub. Hərbi xidmətə gedənə kimi kənddə çobanlıq edib. Xidmətdən qayıdandan sonra nişanlanır, ancaq sevinci uzun çəkmir. Nişanlısından ayrılandan sonra tək qalmaq istəyir, buna görə də kənddən uzaqlaşır.
İndi 75 yaşı var, sağ qalmaq üçün mübarizəsini davam etdirir. Özü yetişdirdiyi məhsullarla qidalanır, cümədən cüməyə namaz qılmaq üçün daxmadan çıxıb ən yaxın qonşu kəndə gedir. Bu vaxt da bir həftəlik çörək azuqəsini edir. Nişanlısından ayrıldıqdan sonra heç vaxt evlənməyən Əhməd babanın övladı yoxdur. O deyir:
"Özümə yoldaş tapa bilmədiyim üçün heç vaxt evlənmədim. Bir dəfə nişanlandım, ondan da ayrıldım. Dağda yaşamaq çətindir, amma edəcək başqa bir şey yoxdur".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.