Müğənnilərin “məişət şousu”– Gündəm üçün buna əl atdılar
17 921 izlenme
Magazin
Müğənnilərin “məişət şousu”– Gündəmdə qalmaq üçün indi də buna əl atdılar...
Əməkdar artist Elnarə Abdullayeva "Rəngarəng" verilişində qaynanasına olan münasibətindən danışaraq, onun ayaqlarını belə yumağa hazır olduğunu bildirib. Müğənni bu açıqlaması ilə ailə dəyərlərinə önəm verdiyini vurğulasa da, sosial mediada ciddi tənqidlərə tuş gəlib.
Elnarə Abdullayeva “İmanlı, vicdanlı, təqvalı insandırsa, qaynana xəstələnəndə gəlib bir stəkan çay verəcək, ya da əl-ayağını yuyacaq. Şəxsən mən, övlad olaraq, qaynanam var. And olsun Allaha ki, onun ayağını da, başını da yuyaram, üz-gözündən öpərəm. Niyə yumuram? Onun mənim əl-ayaq yumağıma ehtiyacı yoxdu. Amma and olsun Allaha ki, mən onu ovcumun içində saxlayaram. O şey mənim övladıma da aiddir. Gəlinim isə özü bilər”- sözlərini səsləndirib.
Bu, son dövrlər efirlərdə bənzər açıqlamalar verən sənətçilərin tənqid olunmasına yeni dalğa gətirib. Bundan əvvəl müğənni Ofelya Şabanova da həyat yoldaşı üçün "Nəinki ayaqlarını yuyaram, hətta corablarının suyunu da içərəm" demişdi. Onların bu pafoslu çıxışları sosial şəbəkə istifadəçiləri tərəfindən "məişət şousu" adlandırılır və qeyri-səmimi qəbul edilir.
İzləyicilər bildirirlər ki, sənət adamlarının şəxsi münasibətlərini bu cür nümayiş etdirməsi, xüsusilə də mütilik tərənnümü etməsi, nümunə olmaqdan çox, ikrah hissi yaradır. Tənqidçilər hesab edirlər ki, müğənnilər sənətləri ilə gündəmə gəlmək əvəzinə, ailədaxili münasibətləri "şou"ya çevirərək diqqət çəkməyə çalışırlar.
Sənət aləmində ailə münasibətlərinin bu qədər qabardılması və şəxsi fədakarlıqların pafosla təqdim edilməsi cəmiyyətdə mənfi reaksiyalara səbəb olur. İzləyicilər bu tip açıqlamaları
həqiqətən də nümunə olmaq məqsədi daşımaqdan savayı, sadəcə gündəmdə qalmaq üçün atılmış addım kimi qiymətləndirirlər.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.