TR
Video yükle

Fədayə Laçından bəd xəbər

1 143 izlenme Magazin
Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayəti üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.

F.Laçının vəkili Nurəngiz Qarayeva bildirib ki, prosesin təxirə salınmasına səbəb təqsirləndirilən şəxslərin məhkəmə prosesinə gətirilməməsi olub.

Hakim iş üzrə növbəti məhkəmə prosesini iyunun 18-nə təyin edib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.