TR
Video yükle

Tayson 53 yaşında rinqə qayıdır

114 izlenme Spor
Əfsanəvi boksçu Mayk Tayson yenidən döyüşə çıxmağa hazırlaşır. Qol.az xəbər verir ki, şəxsi Tvitter səhifəsində məşqdən görüntülərini paylaşan 53 yaşlı keçmiş boksçu xeyriyyə təşkilatı üçün bir neçə görüş keçirəcəyini bildirib. “Ağıllı olsan, hər şey mümkündür. Ağıllı məşq edin, ağılla özünüzə gəlin” – deyə o bildirib. Paylaşımın sonunda isə Tayson “Mən qayıtdım” deyib. Videodan görünür ki, 53 yaşı olmasına baxmayaraq, Tayson hələ də yaxşı formadadır. Qeyd edək ki, “Dəmir Mayk” ləqəbli Tayson peşəkar karyerasını 2005-ci ildə bitirib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.