TR
Video yükle

Şəhriyarın təsəlli qələbələri

2 izlenme Spor
ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi başa çatıb.



Rapiddə mübarizəyə yekun vuran zəka sahibləri blitz növündə üz-üzə gəliblər.



İkinci gündə iştirkaçlıar 9 oyun keçiriblər. Bu görüşlərin 3-də qələbə qazanıb, 3-də heç-heçə edən təmsilçimiz Şəhriyar Məmmədyarov 3 dəfə məğlub olub.



Amerikalı Leyner Dominqes, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapportu mat qoyan Məmmədyarov, fransalı Maksim Vaşye-Laqrav, həmçinin, çinli şahmatçılar Dinq Liren və Yu Yanqi ilə xalı yarı bölüb.



Beləliklə, blitz turnirində ümumilikdə 7 xal hasil edən Şəhriyar, amerikalı Fabiano Karuana ilə birgə 8-9-cu yerləri bölüşür.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.