Rüfət Dadaşovdan ABŞ-da 8-ci qol
245 izlenme
Spor
Millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununa çıxıb. Offsideplus.az xəbər verir ki, həmyerlimizin komandası “Las Veqas Layt”la qarşılaşıb və matç “Finiks Rayzinq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, oyunda sonuncu qolun müəllifi olub. Hücumçu 90+5-ci dəqiqədə fərqlənib. Bu, Dadaşovun 8-ci qolu olub.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.