TR
Video yükle

Ronaldo əvəzləndi, Sarrinin əlini sıxmadı

1 193 izlenme Spor
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Lokomotiv"lə matçda (2:1) əvəzlənməsini narazılıqla qarşılayıb.



Portuqaliyalı hücumçu 82-ci dəqiqədə Paulo Dibala ilə əvəzləndikdən sonra Turin klubunun baş məşqçisi Maurisio Sarrinin əlini sıxmayıb.



İtaliyalı mütəxəssis görüş bitdikdən sonra Ronaldonun meydandan çıxarmasının səbəbi haqda danışıb. O bildirib ki, 34 yaşlı oyunçunun zədələnə biləcəyindən ehtiyat etdiyi üçün bu addımı atıb: "Birinci hissənin sonunda onda narahatlıq əlamətləri var idi. İkinci hissədə belə anlar bir az da artdı. Onun zədə ala biləcəyindən ehtiyat etdiyim üçün əvəzlədim. Zədə gələcəkdə Kriştianoya mane ola bilərdi".

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.