TR
Video yükle

Futbolçular məmuru döyüblər - Rusiyada

353 izlenme Spor
Rusiyada tanınmış futbolçular dövlət məmurunu döyüblər.
Oxu.Az xəbər verir ki, hadisə Moskvada baş verib.
“Zenit” klubunun hücumçusu Aleksandr Kokorin və “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev kafelərin birində dava salıblar.
Personalın tələbinə məhəl qoymayaraq yüksək səslə danışan futbolçulara kafenin daimi müştərilərdən biri irad bildirib. Buna cavab olaraq onlar həmin adamı döyüblər.
Məlum olub ki, döyülən şəxs Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakdır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.