TR
Video yükle

Cüdoçumuz finala çıxdı

89 izlenme Spor
Portuqaliyanın Almada şəhərindəki cüdo üzrə Qran-pri start götürüb.

Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayıb. 60 kq-da çıxış edən Balabəy Ağayev və Rövşən Əliyev xalça üzərinə çıxıb.

1/16 finalda özbəkistanlı Bahrom Baturova ipponla qalib gələn Ağayev növbəti raundda isveçrəli Lionel Şvanderə də eyni aqibəti yaşadıb. 1/4 finalda Monqolustan təmsilçisi Tsoqt-Oçir Byambajavdan üstün olan cüdoçu yarımfnalda yaponiyalı Taiki Nakamuronu da məğlub edərək finala yüksəlib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.