TR
Video yükle

"Barselona"dan çətin qələbə

495 izlenme Spor
"Barselona" futbol üzrə İspaniya Kubokunun 1/16 finalında "Kornella" ilə qarşılaşıb.

Qarşılaşma Katalon klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib oyunun əsas vaxtında müəyyənləşməyib.

Matçda hesabı 92-ci dəqiqədə Usman Dembele açıb, oyunun 120+1 dəqiqəsində Martin Braytvayt son nöqtəni qoyub.

Qeyd edək ki, "Barselona" qarşılaşmanın gedişatında iki dəfə penaltini reallaşdıra bilməyib. Əvvəlcə Miralem Pyaniç, sonra isə Dembele bu imkanlardan yararlana bilməyiblər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.