Azərbaycan millisi dünya üçüncüsü oldu
439 izlenme
Spor
Özbəkistanda universal döyüş üzrə dünya çempionatı keçirilib. Daşkənd şəhərində reallaşan yarışda ölkəmiz 22 idmançı ilə təmsil olunub. Atletlərimiz böyüklərin yarışında 1 qızıl, 1 gümüş və 5 bürünc, gənclərdə 1 qızıl, 1 gümüş, yeniyetmələrdə isə 3 bürünc medal qazanıb.
Zahid Səfərzadə və Rasim İsmayılov layt versiyada çempion olub. Dəfələrlə dünya və Avropa çempionu Nicat Əliyev peşəkarlar arasında ilk dəfə universal döyüş üzrə dünya kəmərinin sahibi olub.
Komanda hesabında Azərbaycan üçüncü yeri tutub. Qeyd edək ki, yarışda 48 ölkədən 700-ə yaxın idmançı iştirak edib.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.