SÜRÜCÜ FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
411 izlenme
Olaylar
Biləsuvarda baş verən yol qəzasında İran vətəndaşı ölub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Səmədabad kəndində qeydə alınıb. “Renault” markalı yük avtomobili yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində, İran İslam Respublikasının vətəndaşı 48 yaşlı Behruz Qolami həyatını itirib. Onun meyiti deformasiyaya uğrayan maşından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Bildirilir ki, İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi “Renault” markalı yük avtomobili hərəkətdə olarkən təkəri partlayıb. Bu səbəbən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yol kənarındakı su kollektoruna aşıb. Sürücü hadisə yerində keçinib.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.