TR
Video yükle

Sumqayıtda yanğın başladı

69 izlenme Olaylar
Sumqayıt şəhərində istifadə olunmayan tikilidə güclü yanğın hadisəsi baş verib. Yanğın şəhərin İnşaaatçılar küçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən APA TV-yəverilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində istifadə olunmayan tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Qeyd olunub ki, istifadə olunmayan və sahibsiz olan tikilinin ümumi sahəsi 3 800 kvadratmetr təşkil edir, tikilinin 600 kv. metri yanıb. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.