TR
Video yükle

Şirvanda 4 nəfərin öldüyü an

1 081 izlenme Olaylar
Daxili İşlər Nazirliyi (DİN) Şirvanda 4 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.



Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, dekabrın 27-də Tərtər rayon sakini Qadir Şamilov Şirvan şəhəri ərazisində idarə etdiyi “Hyundai Santafe” markalı avtomobili yol ayırıcısına vurub.



Nəticədə sürücü və sərnişinləri Pərvanə Zeynalova, Zöhrə Zeynalova və Eyzangül Dadaşova hadisə yerində ölüb.



Faktla bağlı araşdırmalar davam edir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.