Şəkidə dəhşətli yol qəzası -xəsarət alanlar var
13 izlenme
Olaylar
Gecə saatlarında Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 99 XS 874 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Təcili tibbi yardım vasitəsilə Baş Layısqı kənd sakinləri 28 yaşlı Elbrus Əhmədxanov və 32 yaşlı Murad Cumayev Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Elbrus Əhmədxanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı Murad Cumayev isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.