TR
Video yükle

Şəkidə canavarlar həyətə soxuldu

24 izlenme Olaylar
Şəkidə vəhşi heyvanların, xüsusilə də canavarların kəndlərə hücumları çoxalıb.





Xezerxeber.az-ın məlumatına görə, vəhşi heyvanlar ötən gün Aşağı Göynük kəndində bir təsərrüfata soxulub.



Təsərrüfat sahibi Şahin İbrahimov deyib ki, öz bağındaca 4 il bəslədiyi və yaxın günlərdə bala verəsi inəyini canavar parçalayıb. İnəyini canavar hücumundan xilas etmək istəyən Şahin İbrahimov son anda canını xilas edə bilib.



Kənd sakinləri isə deyib ki, belə hallar tez -tez təkrarlanır. Vəhşi heyvanlar insanlardan belə qaçmırlar. Bir neçə gün öncə isə canavar Rövşanə İlyasovanın həyətinə soxulub və mal-qaraya ziyan vurub. Vətəndaşlar aidiyyəti qurumlara müraciət edəcəklər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.