TR
Video yükle

Ramanıda baş verən qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO

91 izlenme Olaylar
Dünən gecə saatlarında Bakıda yol nəqliyyat hadisəsi baş verib.

YPX.AZ xəbər verir ki, Suraxanı rayonu, Əmir Bağırov küçəsi (Ramana qalasının yaxınlığı) ilə hərəkətdə olan 90 KX 124 dövlət qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobil ikinci dərəcəli yoldan çıxan 90 HR 527 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə toqquşub.

Qeyd edək ki, “VAZ 2107” markalı avtomobilin sürücüsü Rəhmanov İslam İlham oğlu, “Mercedes” markalı avtomobilin sürücüsü isə Qələndərov Zülfüqar Novruz oğlu olublar.

Hadisə zamanı sürücülər xəsarət almasa da, avtomobillərə ziyan dəyib.
Hadisə yerinə YPX əməktaşları cəlb edilib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.