TR
Video yükle

Qaz partladı - Video 2

97 izlenme Olaylar
Çinin Çjeçzyan əyalətində sıxılmış qaz daşıyan avtosisternin partlaması nəticəsində 9 nəfər ölüb, 112-si isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 13-də G15 “Shenyang Haikou” sürət avtomagistralının Tayçjou şəhəri ərazisində keçən hissəsində qeydə alınıb. Bu barədə “Sina” portalı məlumat yayıb.

Məlumata görə, partlayış o qədər şiddətli olub ki, avtosisterninin parçaları ətrafa saçılıb, yaxınlıqda yerləşən binalar dağılıb, şosedə və yaşayış məntəqəsindəki avtomobillər yanıb.

Xeyli sayda insan isə dağıntılar altında qalıblar.

Hazırda hadisə yerinə 450 yanğınsöndürən, 6 axtarış iti, xilasedicilər, həkimlər və polis əməkdaşları cəlb edilib.

Əməliyyat-xilasetmə işləri aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.