TR
Video yükle
Qarabağda rus əsgərləri yaralandı

Bu video şu anda oynatılamıyor.

Qarabağda rus əsgərləri yaralandı

650 izlenme Olaylar
Rusiyanın iki sülhməramlısı Qarabağda yaralanıb.

AZSABAH.COM xəbər verir ki, bu barədə "Hərbi müşahidəçi" Telegram-kanalı məlumat yayıb.

Qeyd edilir ki, sülhməramlılar onları daşıyan "Ural" markalı avtomobilin minaya düşməsi nəticəsində yaralanıblar. Hadisə hələlik rəsmən təsdiqlənməyib.

Qeyd edək ki, Qarabağda hərbi əməliyyatlar 2020-ci ilin 10 noyabrında Azərbaycan Ordusunun 44 günlük müharibədəki parlaq qələbədən sonra dayanıb. Belə ki, Ermənistan hakimiyyəti öz ordusunun ardıcıl məğlubiyyətindən sonra noyabrın 10-da Qarabağ bəyanatını imzalamağa məcbur olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanata əsasən ikinci Qarabağ müharibəsi başa çatıb və döyüşlər dayandırılıb. Lakin müharibənin başa çatmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan bəyanatın müddəalarını kobud şəkildə pozaraq, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir.

Xatırladaq ki, bu, Rusiya hərbçilərinin Qarabağda ermənilərin basdırdığı minaya düşmələri ilə bağlı ilk hadisə deyil. / "Report"

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.