TR
Video yükle

Pulkovda qəza baş verdi

147 izlenme Olaylar
Rusiyanın Sankt-Peterburq şəhərində iki sərnişin təyyarəsi toqquşub. Avtosfer.az xəbər verir ki, insident “Pulkov” aeroportunda qeydə alınıb.

Məlumata görə, “Sankt-Peterburq” – “İrkutsk” və “Sankt-Peterburq” – “Kalinqrad” reysi ilə uçan təyyarələr uçuş-eniş zolağında hərəkət edərkən qanadları bir-birinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, bütün sərnişinlər gedəcəyi ünvana ehtiyat bortlara göndəriləcəklər.

Aeroportun mətbuat xidməti, hava limanının ştat üzrə fəaliyyət göstərdiyini deyib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.