TR
Video yükle

Paytaxtda "Range Rover" 27 yaşlı piyadanı vurdu

19 izlenme Olaylar
Ötən gecə paytaxtda "Range Rover" markalı avtomobil piyadanı vurub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib.
"BolMart" supermarketinin qarşısında ağ rəngli "Range Rover" markalı avtomobil piyada, 1991-ci il təvəllüdlü Tural Məmmədovu vurub. Sürücü piyadanı vurduqdan sonra hadisə yerindən qaçmaq istəsə də, digər avtomobillə toqquşub.
Hadisə nəticəsində T.Məmmədli kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Klinikadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır dəyərləndirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.