Mingəçevirdə qəza: 1 nəfər öldü
41 izlenme
Olaylar
Gecə saatlarında Mingəçevirdə ağır yol qəzası baş verib. İdarəetməni itirən minik maşını parka girib.
Qəza zamanı minik maşını park ərazisində bir neçə irigövdəli ağacı kökündən qoparıb, işıq dirəyini aşırıb. Daxili işlər nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Mingəçevir şəhər ərazisində “Lexus” markalı avtomobilin sürücüsü Elmar Allahverdiyevin idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobildəki sərnişin, 29 yaşlı Rahimə Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və ikisi azyaşlı olmaqla üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisənin baş vermə səbəbləri araşdırlır.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.