TR
Video yükle

Maşından 3 meyit tapıldı

882 izlenme Olaylar
3 nəfərin meyiti maşından tapılıb.

Oxu24.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ankarada günorta saatlarında yol kənarında dayanan 06 Y 0820 dövlət nömrə nişanlı avtomobildən 3 nəfərin meyiti tapılıb.

Ölənlərin Mehmet Gökdemir, Satmış Koç və Qurban Duran olduğu müəyyən edilib.

İlkin müayinədə 3 nəfərin meyitində döyülmə izləri və ya kəsici-deşici alətlər aşkar edilməyib. Avtomobilin içərisində kəskin qaz qoxusu hiss edilib və çoxlu spirt şüşələri tapılıb.

Hadisə yerində aparılan araşdırmalardan sonra cansız cəsədlər Ankara Ədliyyə Tibb Təşkilatına aparılıb. 3 nəfərin ölümünün dəqiq səbəbi yarılma nəticəsində müəyyənləşəcək.

Tərcümə:Nigar

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.