TR
Video yükle

İtlər bir gecədə 9 nəfəri parçaladı

318 izlenme Olaylar
Lənkəran rayonunda it 9 nəfəri dişləyib.Oxu24.com-un Ona-ya istinadla verdiyi məlumata görə, hadisə Liman şəhəri ərazisində baş verib.Zərərçəkənlərin dediklərindən belə aydın olur ki, onların hamısını eyni it dişləyib.Nəticədə 1957-ci il təvəllüdlü Nailə Abdulhəsən qızı İsmayılova, 1955-ci il təvəllüdlü Şakir Cənnət oğlu Hüseynov, 1994-cü il təvəllüdlü İsa Rövşən oğlu Aslanlı, 1999-cu il təvəllüdlü Tural Sadiq oğlu Kazımlı, 1974-cü il təvəllüdlü Tahir Vəliəhd oğlu Muradov, 1959-cu il təvəllüdlü Meysəm Ağakərim oğlu Əkbərov, 1988-ci il təvəllüdlü Zahid Fərhad oğu Həbibov, 2000-ci il təvəllüdlü Əlifağa Ələkbər oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Anar Zakir oğlu Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra zərərçəkənlərin əksəriyyəti evə buraxılıb. Sabah onlara quduzluq əleyhinə vaksin vurulacağı bildirilib.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.