TR
Video yükle

Gürcüstanda ağır qəza: azərbaycanlılar xəsarət aldı

18 izlenme Olaylar
Gürcüstandan Azərbaycana hərəkət edən mikroavtobus Kvemo Kartli regionunun Aqleti kəndində “Jiquli” ilə toqquşub.
Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan KİV Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Hadisə Tbilisi-Qırmızı körpü yolunun 33-cü kilometrliyində baş verib. Qəza nəticəsində mikroavtobusdakı yeddi sərnişin və avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan dördünün vəziyyəti ağır qiymətləndirilir.
Azərbaycan mediası yaralıların həmyerlilərimiz olduğunu bildirib.
Mikroavtobus sərnişinləri hadisəyə “Jiquli” markalı avtomobilin səbəb olduğunu qeyd ediblər.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.