TR
Video yükle

Gömrükçülərdən uğurlu əməliyyat

15 izlenme Olaylar
Külli miqdarda narkotik vasitə-kokain aşkar edilib.



Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitənin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.



Doha-Bakı aviareysi ilə gələn Braziliya Federativ Respublikası vətəndaşı De Lima Medeiros Julio Cesarın baqajı rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri görünüb.



Bu səbəbdən vətəndaşın baqajına təkrar yoxlama keçirilib.



Nəticədə qara rəngli çamadanın astarının altında, yan divarlarına yapışdırılan, ağ rəngli plastik materialdan hazırlanan təbəqənin arasından, gömrük nəzarətindən gizlədilən 12 ədəd alüminium falqada olan paketlər müəyyən edilib.



Paketlərə ayrı-ayrılıqda baxış zamanı oradan ağ rəngli, toz şəklində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 2066 qram olan narkotik vasitə-kokain aşkar edilib.



Faktla bağlı araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.