TR
Video yükle
Gəncədə partlayış törədilib

Bu video şu anda oynatılamıyor.

Gəncədə partlayış törədilib

1 009 izlenme Olaylar
Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır.

Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.