TR
Video yükle

Fransada yenidən gərginlik

7 izlenme Olaylar
Bəli, bu kadrlar özünü demokratiya carçısı adlandıran Fransadakı daxili xaosu əks etdirir. Ötən gündən ölkədə yenidən pensiya islahatının mübahisəli əleyhdarlarının etirazları geniş vüsət alıb. Nümayişçilər paytaxtda qatar stansiyalarını bağlayıb, bir qrup isə Paris birjasına basqın edib. Eyni zamanda, Fransa prezidenti Emmanuel Makronun ölkənin cənub regionuna səfər etdiyi bir vaxtda dəmiryol işçiləri də tətilə qoşulublar. Hətta Elzasda seçicilərlə görüşü zamanı prezident yumurta atəşinə tuş gəlib.

Bu azmış kimi, Makron mübahisəli pensiya islahatı qanununun qəbuluna görə fit və tənqidi şüarlarla da üzləşib.

Qeyd edək ki, ölkədə etirazların kütləvi hal almasına səbəb, Fransa hakimiyyətinin pensiya yaşının artırıldığını elan etməsidir. Bu, etirazlarla paralel, zaman-zaman polislə toqquşmalara da gətirib çıxarır. Ancaq baş verənlərə baxmayaraq, Fransa Konstitusiya Məhkəməsi sözügedən islahatları qanuni hesab edib. Xatırladaq ki, martın 16-dan kütləvi hal alan aksiyalarda bu günədək 1000-dən çox şəxs saxlanılıb. Xüsusilə 2000-ə yaxın etirazçının hakimiyyətə qarşı fəaliyyəti ciddi işartıdır. Deyə bilərik ki, polisin amansızlığı Fransa sakinlərini qorxutmur.

Ancaq biz nə görürük, ölkəsindəki daxili vəziyyəti idarə edib, qəzəbli kütləni yatırmaq yerinə, Makron hakimiyyəti hələ də Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışır.

Fransadakı erməni diasporundan istifadə edərək bölgədə siyasi manevrə çalışan Fransanın anti-Azərbaycan siyasətinin səbəbkarı əsasən Ermənistandır. Azərbaycanın milli maraqlarına zidd fəaliyyətlərini davam etdirən bu ölkə bilməlidir ki, Azərbaycan regionda sabitliyin tərəfdarıdır və buna heç bir alternativ yoxdur. Əksini etməkdə maraqlı olan kəslər isə sözsüz ki, özləri zərərli çıxacaq.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.