Evində diri-diri yandı
1 713 izlenme
Olaylar
Zərdabda baş verən yanğında 1 nəfər yanaraq ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün gecə saatlarında rayonun Çallı kəndində qeydə alınıb. Kənd sakini, 1936- cı il təvəllüdlü Faizə Süleymanovaya məxsus 1 mərtəbəli 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamı ilə yanaraq külə dönüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi F. Süleymanovanın yanmış meyiti aşkar olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu ehtimal edilir. Qeyd edək ki, F. Süleymanovanın həyat yoldaşı bir müddət əvvəl rəhmətə gedib. O vaxtdan mərhum tək yaşayırmış. Faktla bağlı araşdırma aparılır.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.