Ermənistan parlamentində dava düşüb
13 izlenme
Olaylar
Ermənistan parlamentində dava düşüb. APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, dava müxalifət partiyası "İşıqlı Ermənistan"ın lideri Edmon Marukyanın iqtidar partiyası olan "Mənim addımım"ın deputatı Babken Tunyana cavab çıxışı zamanı baş verib. Belə ki, iqtidar partiyasının digər təmsilçisi Sasun Mikayelyan müxalifət lideri E. Marukyanın çıxışını kəsməyə çalışıb. S. Mikayelyanın mikrofonu söndürülsə də, o, etirazına davam edib. Daha sonra iki deputat arasında dava düşüb, digər deputatlar da davaya qoşulub.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.