TR
Video yükle

Dəhşətli qəzada iki nəfər öldü

9 izlenme Olaylar
Ağcabədidə yol qəzası iki nəfərin ölümünə səbəb olub. Hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda baş verib.

Yolun Ağcabədi rayon Qaravəlli kəndi ərazisindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni hərəkət istiqamətində olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb. Qəza nəticəsində minik maşını tamamilə əzilərək yararsız hala düşüb içərisində olan iki nəfər baba və nəvə isə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.

Qəzanın səbəbləri və kimin səhvi üzündən baş verməsi ilə bağlı araşdırmalara başlanılıb.

REAL

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.