TR
Video yükle

Dəhşətli qəza: Meyit yolda qaldı

3 338 izlenme Olaylar
Sabirabadda 81 yaşlı kişini avtomobil vuraraq öldürüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sabirabad rayonunun Suqovuşan kənd sakini, 1988-ci il təvəllüdlü Əhmədov Elşad Eldar oğlu idarə etdiyi “Mercedes” markalı 54 BX 250 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Kürkəndi kənd sakini, 1939-cu il təvəllüdlü Əhədov Əliheydər Saday oğlunu vurub. Nəticədə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən piyada aldığı kəllə-beyin travmasından orda keçinib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.