TR
Video yükle

Bərdədə yol qəzası - 2 nəfər xəsarət alıb

13 izlenme Olaylar
Bərdə rayonunda yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Qaradəmirci kəndində qeydə alınıb.
Kənd sakini Ramil Əliyevin idarə etdiyi "QAZ-53" markalı yük maşını ilə "Opel" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Bərdə rayonu, Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Əli Yahya oğlu Məhərrəmov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.