Bərdədə “Köhnə bazar”da yanğın baş verib
8 izlenme
Olaylar
Bərdədə “Köhnə bazar” adlanan ərazidə baş vermiş güclü yanğın nəticəsində 12 mağaza yanaraq külə dönüb.
APA TV-nin xəbərinə görə, sahibkarlara yüz minlərlə manat ziyan dəyib.
Bərdə şəhərinin Üzeyir Hacıbəyov küçəsində fəaliyyət göstərən ticarət obyektlərində yanğın gecə saatlarında başlayıb. Nəticədə ümumi sahəsi 2000 m² olan, bir-birinə bitişik qalayçı sexi və mebel mağazaları içində olan mallarla bərabər 590 m² sahədə yanıb.
Yanğına səbəb kimi elektrik naqillərində baş vermiş qısaqapanma göstərilir.
Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin Bərdə, Ağdam, Tərtər və Yevlax rayon hissələrinin əməkdaşları cəlb edilib. Yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını ala bilib.
Faktla bağlı araşdırma aparılır.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.