Bakıda partlayış baş vermiş evin görüntüləri yayılıb
32 izlenme
Olaylar
Bakının Səbail rayonunda 20-ci sahədə partlayış baş vermiş evin görüntüləri yayılıb.
Trend xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, birmərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış ətrafdakı evlərə də ziyan vurub. Partlayışın gücündən evlərin qapı və pəncərələri yerindən çıxıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-in yaydığı məlumatda bildirilir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.
İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.