TR
Video yükle

Bakıda məşhur mağazada yanğın baş verib

573 izlenme Olaylar
​Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən “Music Gallery” elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.