Bakıda dəhşət: Çoxsayda ev kül oldu
2 586 izlenme
Olaylar
Bakının Binəqədi rayonunda bir-birinə bitişik 7 ev yanıb.
Oxu24.com BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədov küçəsi 19 ünvanında yerləşən Humanitar Kollecin yataqxanasında baş verib.
Evlər taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının miqyası qısa zaman ərzində genişlənib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, sakinlərə məxsus əşyaları alovdan çıxarmaq mümkün olmayıb.
Nəticədə 7 ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.