TR
Video yükle

Bakıda bina yanır

169 izlenme Olaylar
Nəsimi rayonunda dörd mərtəbəli binada yanğın hadisəsi baş verib.

Yanğın Süleyman Rüstəm küçəsi ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində yerləşən 4 mərtəbəli yaşayış binasının damında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nəsimi rayonu üzrə dörd yanğınsöndürmə maşını və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Bina sakinləri təxliyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.



İlkin məlumata əsasən, yanğın zamanı partlayış qeydə alınıb və hələlik yanğının baş vermə səbəbi bəlli deyil.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.