TR
Video yükle
Bakıda bıçağı gəncin ürəyinə soxdu
18+

Bu video 18 yaşından büyük izleyiciler içindir.

Ana sayfaya dön

18+ Bakıda bıçağı gəncin ürəyinə soxdu

2 195 izlenme Olaylar
Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib.

APA TV verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Dərhal araşdırmalara başlayan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini isti izlərlə müəyyən edərək saxlayıblar.

İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Cinayət də məhz bu səbəbdən baş verib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.