TR
Video yükle

Azərbaycanda qanlı olay

59 izlenme Olaylar
Şəmkirdə silahlı insident baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndi yaxınlığında, Çaylı adlanan ərazidə baş verib. Ərazidən keçən kanalın kənarında mübahisə edən qohumların davası qanla bitib. Belə ki, Yeni Həyat kənd sakini 43 yaşlı Etibar Süleymanov qohumu, Yuxarı Seyfəli kənd sakini 29 yaşlı Elnur Hüseynovu odlu silahla vuraraq öldürüb. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinə başlanıb. Qətli törədənin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.