TR
Video yükle

Azərbaycanda partlayış: Yaralılar var

2 927 izlenme Olaylar
Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusu partlayıb, yaralılar var.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xatınlı kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, yol çəkilişi zamanı qaz borusu partlayıb. Hadisə nəticəsində 1957-ci il təvəllüdlü, Tovuz rayon Düz Cırdaxan kənd sakini Məhərrəm Süleymanov və 1966-cı il təvəllüdlü, Bakı şəhər sakini Sənan İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Məhərrəm Süleymanovun vəziyyəti ağır, Sənan İsmayılovun vəziyyəti isə orta ağır qiymətləndirilir.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.