TR
Video yükle

Azərbaycanda dəhşətli hadisə: ölən var

137 izlenme Olaylar
Masallıda 3 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qurtuluş küçəsi ərazisində qeydə alınıb. İlham Məmmədov idarə etdiyi “ZİL” markalı su maşını ilə geriyə hərəkətdə olarkən, 3 yaşlı Vüqar Bədəlbəylini vurub.

Nəticədə Vüqar Bədəlbəyli aldığı xəsarətlərdən hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Masallı şöbəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.