Azərbaycanda dəhşətli hadisə baş verdi
162 izlenme
Olaylar
Balakəndə minik avtomobilinin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, daha iki nəfər xəsarət alıb. Sumqayıt və tovuzda isə piyadaları avtomobil vurub. Minik avtomobilinin ağaca çırpılmasıölümlə nəticələnib. Hadisə Balakəndə Balakən-Kortala avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 22 yaşlı Elçin Verdiyevə məxsus minik avtomobili yüksək sürətlə Balakən şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - rayonun Qazma kənd sakinləri, 26 yaşlı Kənan Yüzbaşiyev və 22 yaşlı Elçin Verdiyev aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha iki nəfər - 27 yaşlı Balakən şəhər sakini Vaqif Musayev və 24 yaşlı Qazma kənd sakini Elmar Şahverdiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sumqayıtda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.qəza şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 58 yaşlı İradə Şıxalıyevanı avtomobil vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alanqadını sürücü öz avtomobili ilə xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatınıxilas etmək mümkün olmayıb. Tovuzda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomagistralınnı Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 47 yaşlı Vəfa Əsgərovanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Yorumlar 0
Yorum yazmak için giriş yapın
Henüz yorum yok. İlk yorumu siz yazın.