TR
Video yükle

Ağdaban faciəsindən 30 il ötür

15 izlenme Olaylar
20-ci əsrin sonunda Ermənistanın Azərbaycanda törətdiyi ən dəhşətli soyqırımlardan biri - Ağdaban faciəsindən 30 il ötür.

1992-ci il aprelin 8-də - Xocalı faciəsindən 1 ay sonra, Kəlbəcərin işğalından isə bir il əvvəl törədilən Ağdaban faciəsinin baş verməsində məqsəd Kəlbəcərin işğalına şərait yaratmaq, insanlara qarşı soyqırım törətmək idi. Çünki Ağdaban faciəsindən orda yaşayan sakinlər sıxışdırılmağa başlayırdı.

Beləliklə aprelin 8-də erməni quldurları Kəlbəcərin Ağdaban kəndi yaxınlığındakı gözətçi məntəqəsinə qalxıb, orada keşik çəkən 3 nəfəri qətlə yetiriblər. Daha sonra kəndi aramsız atəşə tutmağa başlayıblar. Qəfil yuxudan oyanan kənd camaatı baş verənlərdən çaş-baş qalsalar da artıq gec idi.

Erməni quldurları öz niyyətlərinə çatmışdı. Onlar bu dəfə öz xislətinə uyğun olaraq kəndə gecəyarı hücum edib, insanıara qarşı ağılagəlməz cinayətlər törədib. Sakinlərin köməksiz qalmasından istifadə edən quldur dəstələr 130 evə od vurub yandırıblar. Qadın, qoca, uşaq olmaqla 779 nəfər dinc sakininə işgəncələr veriblər. Faciədə 67 nəfər amansızlıqla qətlə yetirilib, onlardan 8 nəfər yaşlı, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə isə ağır bədən xəsarətləri alıb. Bu amansız qətliamın dəhşətlərini hələ də taleyində daşıyan soydaşlarımız var.

Hadisə zamanı Azərbaycanın aşıq şerinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən ev muzeyini də yandırıblar. Beləliklə, ermənilər tarixi-memarlıq və mədəniyyət abidələrinə, məzarlıqlara da ziyan vurublar. Lakin illərdən sonra Azərbaycan ordusu 44 günlük Vətən Müharibəsində qazandığı qələbə ilə bütün şəhidlərimizin, o cümlədən Ağdaban qurbanlarının qisasını aldılar.

Xocalı soyqırımı ilə eyni ildə törədilən Ağdaban faciəsi zamanı erməni silahlı birləşmələri 130 sakini olan bir kəndi yer üzündən tamamilə siliblər. Şəhidlərimizin qanı ilə torpaqlarımız işğaldan azad edilsə də, belə faciələr heç vaxt unudulmayacaq.

Yorumlar 0

Yorum yazmak için giriş yapın

Henüz yorum yok. İlk yorumu siz yazın.